Bank Of Baku

Fransa yığmasının heyəti açıqlanıb

Fransa yığmasının heyəti açıqlanıb
# 25 may 2010 10:17 (UTC +04:00)
Bakı-APA. Fransa milli komandasının dünya çempionatının final mərhələsində oynayacaq heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Raymond Domenek bir müddət əvvəl açıqladığı ilkin heyətdə dəyişiklik edərək siyahıda 23 futbolçu saxlayıb. Zədədən sonra bərpa olan Vilyam Qallası CAR-dakı mundiala aparmağa qərar verən mütəxəssis yarışa 3 qapıçı, 8 müdafiəçi, 5 yarımmüdafiəçi və 7 hücumçu aparmağa qərar verib.

Qapıçılar: Uqo Loris (“Lion”), Stiv Mandanda (“Marsel”), Sedrik Karrasso (“Bordo”)

Müdafiəçilər: Bakari Sanya, Vilyam Qallas, Qael Klişi (hamısı “Arsenal”, İngiltərə), Patris Evra (“Mançester Yunayted”, İngiltərə), Erik Abidal (“Barselona”, İspaniya), Sebastyan Skillaçi (“Sevilya”, İspaniya), Mark Planyus (“Bordo”), Antoni Reveyer (“Lion”)

Yarımmüdafiəçilər: Alu Diarra, Yoann Qurkyuff (hər ikisi “Bordo”), Ceremi Tulalan (“Lion”), Floran Maluda (“Çelsi”, İngiltərə), Abu Diabi (“Arsenal”, İngiltərə)

Hücumçular: Tyerri Anri (“Barselona”, İspaniya), Nikolya Anelka (“Çelsi”, İngiltərə), Andre-Pyer Jinyak (“Tuluza”), Frank Riberi (“Bavariya”, Almaniya), Sidney Qovu (“Lion”), Cibril Sisse (“Panatinaikos”, Yunanıstan), Matye Valbuena (“Marsel”).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR