Bank Of Baku

“Debretsen” də Azərbaycan çempionu ilə qarşılaşa bilər

“Debretsen” də Azərbaycan çempionu ilə qarşılaşa bilər
# 25 may 2010 10:31 (UTC +04:00)
Bakı-APA. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək klubların tam siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, mübarizəyə iyulun 13-14-də başlayacaq 32 komandanın tam tərkibi məlumdur. Bura sonuncu vəsiqəni Macarıstan çempionu olan “Debretsen” klubu qazanıb.
Bununla da iyunun 21-də İsveçrənin Nyon şəhərində atılacaq püşk zamanı iştirakçıların bölünəcəyi səbətlər müəyyənləşib. Macarıstan çempionu daha yüksək reytinqə malik ilk “17-lik”də qərarlaşıb. Bu da onların digər səpələnmişlər kimi təmsilçimiz “İnter”in potensial rəqibi olmasına imkan yaradıb. Azərbaycan çempionu ilə qarşılaşa biləcək digər 16 komanda xeyli əvvəldən məlum idi ki, “Debretsen” də onların siyahısına qoşulub.
Qeyd edək ki, Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 21-də baş tutacaq. “İnter” öz oyunlarını iyulun 13/14 və 20/21-də keçirəcək.

Səpələnmişlər

Klub

Ölkə

Reytinq

Hapoel (Təl-Əviv) 

İsrail 

27,775 

Sparta 

Çexiya 

27,395 

Rusenborq 

Norveç 

23,980 

Austriya (Zalsburq) 

Avstriya 

19,915 

Liteks 

Bolqarıstan 

15,900 

Dinamo (Zaqreb) 

Xorvatiya 

14,466 

Partizan 

Serbiya 

13,800 

BATE 

Belarus 

13,308 

Lex 

Polşa 

11,008

Jilina 

Slovakiya 

10,666 

Şerif 

Moldova 

5,458 

Debretsen 

Macarıstan 

5,350 

Omoniya 

Kipr 

4,599 

AİK 

İsveç 

3,838 

Bohemians 

İrlandiya 

2,908 

Ekranas 

Litva 

2,683 

Aktobe 

Qazaxıstan 

2,399 



Səpələnməmişlər

Klub

Ölkə

Reytinq

HİK

Finlandiya  

2,399  

Levadiya 

Estoniya 

2,374 

Metallurq (Liepaya) 

Latviya 

2,149 

Hafnarfyordur 

İslandiya 

2,083 

Jelezniçar 

Bosniya və Herseqovina 

1,749 

Olimpi 

Gürcüstan 

1,649 

Pünik 

Ermənistan 

1,599 

Koper 

Sloveniya 

1,391 

İNTER 

AZƏRBAYCAN 

1,349 

Renova 

Makedoniya 

1,316 

Dinamo (Tirana) 

Albaniya 

1,049 

Torshavn 

Farer adalrı 

0,866 

TNS 

Uels 

0,766 

Linfild 

Şimali İrlandiya 

0,574 

Jeness 

Lüksemburq 

 0,249

I mərhələnin qalibi

  

  

I mərhələnin qalibi

  

  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR