Bank Of Baku

Maradona: “Dünya çempionu olsaq, lüt qaçacağam”

Maradona: “Dünya çempionu olsaq, lüt qaçacağam”
# 26 may 2010 08:06 (UTC +04:00)
Bakı – APA-Sport. Argentina yığmasının baş məşqçisi Dieqo Maradona növbəti şok açıqlamasını verib.

Apasport.az saytının məlumatına görə, dünya futbolunun argentinalı əfsanəsi DÇ-2010-un qalibi olacaqları halda, vətənində lüt qaçacağına söz verib: “Əgər biz dünya çempionu olsaq, paytaxtımız Buenos-Ayresin simvolu olan 67 metrlik Oberliskin ətrafında lüt qaçacağımı vəd edirəm”.

Argentina mətbuatı iddia edir ki, Maradona sözünə əməl edəcək. Çünki o, əvvəllər “El Grafico” jurnalında lüt poza veribmiş.

50 yaşlı çalışdırıcı yığmasının lideri olan Lionel Messini mundiala qədər qoruyacağını da bildirib: “Məhz bu səbəbdən onu Kanadanı 5:0 hesabı ilə məğlub etdiyimiz yoldaşlıq görüşündə meydana buraxmadım. Messi əzələsini dartdığından risk etmək istəmədim. Mənim üçün əsas odur ki, Lionel iyunun 12-ə qədər ideal formada olsun”.

Qeyd edək ki, Maradona futbolçu kimi dünya çempionu olub. O, DÇ-1986-da yığmasının kapitanı kimi dünya kubokunu başı üzərinə qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR