Bank Of Baku

2016-cı il Avropa Futbol Çempionatı Fransada keçiriləcək

2016-cı il Avropa Futbol Çempionatı Fransada keçiriləcək
# 28 may 2010 17:45 (UTC +04:00)
Bakı-APA. 2016-cı il Avropa Futbol Çempionatı UEFA prezidenti Mişel Platininin ölkəsi Fransada keçiriləcək.

13 UEFA İdarə heyəti nümayəndəsinin qatıldığı səsvermədə Fransa Türkiyəni bir səs fərqlə geridə buraxıb.

UEFA-dan verilən məlumata görə ilk tur səsverməsində Fransa 43, Türkiyə 38 və İtaliya 23 xal yığıblar. Belə olan halda İtaliya seçimlərin ikinci turuna keçə bilməyib.

Son səsvermədə Fransa yeddi, Türkiyə altı səs alıb. Cenevrədə Espace Hippomene Mərkəzində keçirilən səsvermədə qalib ölkənin adını
UEFA prezidenti Mişel Platini açıqlayıb. Türkiyə beləcə üçüncü dəfə iddia etdiyi Avropa Futbol Çempionatını yenə də ala bilməyib.

Fransa 1960 və 1984-cü illərdə artıq Avropa Çempionatına ev sahibliyi edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR