Bank Of Baku

Türkiyə Futbol Federasiyası azərbaycanlı oyunçularla bağlı qərar çıxarıb

Türkiyə Futbol Federasiyası azərbaycanlı oyunçularla bağlı qərar çıxarıb
# 02 iyun 2010 07:32 (UTC +04:00)
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin növbəti yığıncağında Bank Asiya I liqasında çıxış edəcək əcnəbi futbolçuların sayına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda 1987-ci il və daha sonra anadan olmuş 3 legionerin I liqada oynaması barədə qərar qəbul edilib. Bu qərar 2013-cü il may ayının 31-nə kimi qüvvədə olacaq.

Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvləri həmçinin bu liqada çıxış etmək hüququna malik türkdilli ölkələrin futbolçuları ilə bağlı qərara bir daha nəzər salıb və əvvəlki qaydanı qüvvədə saxlayıb. Belə ki, ötən il olduğu kimi, növbəti 3 ildə də I liqada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın 2 oyunçusu əcnəbi sayılmadan forma geyinə biləcəklər.

Qeyd edək ki, mövsümün sonunda Bank Asiyada çıxış edən klub II liqaya düşərsə, heyətindəki legioner burada çıxış hüququndan məhrum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR