Bank Of Baku

Dünya çempionatının açılış oyunu heç-heçə başa çatıb

Dünya çempionatının açılış oyunu heç-heçə başa çatıb
# 11 iyun 2010 17:56 (UTC +04:00)
Bakı-APA. Cənubi Afrika Respublikasında (CAR) start götürən XIX dünya çempionatında açılış matçı keçirilib. Apasport.az saytının xəbərinə görə, son mundialların ənənəsinə uyğun olaraq, ilk qarşılaşmada təşkilatçı ölkənin yığması meydana çıxıb.

A qrupunda Meksika millisi ilə CAR arasında baş tutan görüşdə qapılara iki top vurulsa da, qalib müəyyənləşməyib. Özbək hakim Rövşən İrmatovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açıb. 55-ci dəqiqədə Siphive Şabalala meksikalıları cəzalandıraraq, mundialın ilk qolunun müəllifi olub. Amma CAR qələbə hesabını qoruya bilməyib. 79-cu dəqiqədə İspaniya “Barselona”sından tanıdığımız Rafael Markesun dəqiq zərbəsi ilə tarazlıq bərpa edilib.

Bu gün qrupda daha bir qarşılaşma keçiriləcək. Saat 23:30-da Fransa yığması Uruqvayla üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR