Bank Of Baku

Fransa-Uruqvay görüşündə qapılara qol vurulmayıb

Fransa-Uruqvay görüşündə qapılara qol vurulmayıb
# 11 iyun 2010 22:25 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Dünya Çempionatının ilk gününün ikinci qarşılaşması da heç-heçə ilə nəticələnib.

A qrupunda mübarizə aparan Fransa və Uruqvay millilərinin qarşılaşmasında qapılara qol vurulmadı. Uruqvaylılar oyunun son 9 dəqiqəsini azlıqda keçirməli olublar. Lodeyro qırmızı kartla meydandan qovulub. Bununla belə, Fransa millisi rəqibin azlıqda qalmasından yararlana bilməyib.

Xatırladaq ki, çempionatın ilk oyununda CAR və Meksika komandaları da qalibi müəyyənləşdirə bilməmişdilər. Oyun 1:1 hesabı ilə başa çatmışdı.

A qrupunda növbəti oyunlar iyunun 16-sı və 17-də keçiriləcək. Meydan sahibləri Uruqvay millisi, Fransa millisi isə Meksika yığması ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR