Bank Of Baku

İspaniyanın “Barselona” klubuna yeni prezident seçilib

İspaniyanın “Barselona” klubuna yeni prezident seçilib
# 14 iyun 2010 09:03 (UTC +04:00)
Bakı – APA. İspaniyanın “Barselona” klubunda prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, böyük səs çoxluğu ilə qələbə qazanan Sandro Rosell Kataloniya təmsilçisinin yeni prezidenti seçilib.

Seçkidən sonra Rosell ona səs verənlərin etimadını doğruldacağını və növbəti mövsümdə klubun daha uğurlu çıxış edəcəyini bildirib: “Bu seçkilərdə qalib gəldiyim üçün xoşbəxtəm. Mənə etimad göstərən İcraiyyə Komitəsinin bütün üzvlərinə minnətdaram”.

yeni prezident, həmçinin növbəti mövsümdə Avropada, ölkə çempionatında və kubokunda ancaq çempionluq üçün oynayacaqlarını deyib: “İnanıram ki, həmişə yüksək yerlər uğrunda mübarizə aparan “Barselona” növbəti mövsümdə daha güclü olacaq və yeni titullarla azarkeşlərimizə sevinc bəxş edəcək. Biz mübarizə aparacağımız hər üç cəbhədə - İspaniya çempionatında, kubokda və Çempionlar Liqasında yalnız birinci yer üçün meydana çıxacağıq”.

Xatırladaq ki, əvvəlki prezident Xuan Laportanın rəhbərliyi dövründə katalonların qazanmadığı titul qalmayıb. Komanda ötən il 6 titul qazanmaqla, dünyanın ən güclüsü olduğunu sübut etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR