Bank Of Baku

“Bakı” klubu braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Bakı” klubu braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 17 iyun 2010 13:59 (UTC +04:00)
Bakı – APA. “Xəzər-Lənkəran”la yollarını ayıran braziliyalı futbolçu Juninyo Osvaldo karyerasını “Bakı” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi son ölkə kubokunun qalibi olan paytaxt təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

“Bakı”nın almaniyalı baş məşqçisi Vinfred Şafer bəyəndiyi Juninyonu sərəncamında görmək istəyib. Ölkəmizə 2007-ci ilin yayında gələn Osvaldonun üç il oynadığı “Xəzər-Lənkəran”da yeganə mükafatı ölkə kuboku olub.

“Bakı” klubunun digər transferi yerli futbolçu Emin Cəfərquliyevdir. Berti Foqstun vaxtilə yığmaya çağırdığı 20 yaşlı sol cinah müdafiəçisi “Neftçi”ni digər paytaxt təmsilçisinə dəyişib. Emin ötən mövsüm “Karvan”a icarəyə verilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR