Bank Of Baku

Azərbaycan futbol yığmasının almaniyalı baş məşqçisi istefa verib

Azərbaycan futbol yığmasının almaniyalı baş məşqçisi istefa verib
# 17 iyun 2010 15:49 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Oliver Pelzer istefa verib. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi əvvəl U-15, son bir ildə isə U-17-nin baş məşqçisi olan almaniyalı mütəxəssislə yollarını ayırmağa qərar verib.

Bir müddət hər iki vəzifəni icra edən mütəxəssisin istefasına uğursuz nəticələr rol oynayıb. Payızda Avropa çempionatının Bakıda keçirilən seçmə oyunlarında müvəffəqiyyət qazana bilməyən komandamız Serbiya (0:0), İngiltərə (0:4) və Qazaxıstan (3:1) ilə qrupdan çıxa bilməmişdi. Bundan başqa yığmamız bir neçə gün əvvəl Moldovada keçirilən beynəlxalq turnirdə sonuncu yeri tutmaqla, Bakıya uğursuzluqla dönmüşdü.

AFFA-nın rəsmi saytının yaydığı xəbərdə isə bildirilir ki, Pelzer ailə vəziyyəti ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunmasını assosiasiya rəhbərliyindən xahiş edib. Baş məşqçinin xahişini nəzərə alan rəhbərlik ona növbəti 3 ay üçün U-17 yığmasının nəzarətçi-məşqçi vəzifəsini həvalə edib. Müvəqqəti olaraq U-17 yığması Adil Şükürova tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR