Bank Of Baku

FİFA dünya çempionatının reqlamentini dəyişdirdi

FİFA dünya çempionatının reqlamentini dəyişdirdi
# 21 iyun 2010 09:20 (UTC +04:00)
Bakı – APA. FİFA dünya çempionatının reqlamentində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, bundan sonra pley-off oyunlarında iki sarı vərəqə alan futbolçular finalda avtomatik cəzadan yaxa qurtara biləcəklər.

Yəni, alınan bütün sarı vərəqələr 1/4 finaldan sonra ləğv olunur. FİFA-nın mətbuat katibi Maruis Şnayder bildirib ki, bu qərarla ən yaxşı futbolçulara oynamağa şans verir: “Bu yeniliyin müzakirəsi o vaxt başladı ki, 2002-ci ildə Mihael Ballak diskvalifikasiya üzündən finalda oynaya bilmədi. Onda FİFA Almaniya Futbol Assosiasiyasının xahişi ilə sarı vərəqənin ləğvinin mümkünlüyünə baxdı. Ancaq xüsusi komissiyanın qərarı ilə hakimin qərarı qüvvədə qaldı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR