Bank Of Baku

Azərbaycanlı olimpiya medalçısı: “Mundiala qatılan bəzi ölkələrin adlarını ilk dəfədir eşidirəm”

Azərbaycanlı olimpiya medalçısı: “Mundiala qatılan bəzi ölkələrin adlarını ilk dəfədir eşidirəm”
# 23 iyun 2010 12:34 (UTC +04:00)
Bakı – APA. “Futbola baxmağı xoşlayıram. Lakin hazırda Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Avropa komandalarının zəif çıxışı futbola marağımı azaldıb. Məsələn, mundialda mübarizə aparan bəzi ölkələrin adlarını birinci dəfədir eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, güllə atıcısı İradə Aşumova deyib.

Aşumova güllə atıcılığı üzrə dünya çempionatının mundialla eyni vaxta düşməsindən narazı qalıb: “Bizim idman növündə də dünya çempionatı 4 ildən 1 dəfə keçirilir. Bunun üçün həmişə mundialla üst-üstə düşür. Lakin bacardığım qədər oyunları izləməyə çalışıram. Təəssüf ki, hələ Azərbaycan yığması bu səviyyəyə çatmayıb. Futbolçularımız bu uğura imza atsalar, sevindirici olar”.

Veteran idmançı bildirib ki, dünya çempionatının qalibi sürpriz komanda olacaq: “Cənubi Afrika Respublikasında mübarizə gərginləşsə də, çempionun adını proqnozlaşdırmaq çətindir. Fikrimcə, bu dəfə qalib adını qazanacaq yığma çox adamın inanmadığı komanda olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR