Bank Of Baku

Futbol üzrə Yunanıstan yığmasının baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Yunanıstan yığmasının baş məşqçisi istefaya göndərilib
# 24 iyun 2010 13:42 (UTC +04:00)
Bakı – APA. Yunanıstan yığmasının baş məşqçisi Otto Rehagel vəzifəsindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Yunanıstan Futbol Federasiyasının almaniyalı mütəxəssisi millidən uzaqlaşdırmasının əsas səbəbi komandanın dünya çempionatında zəif çıxış etməsidir.

Bu qərarla səfərdə tanış olan 71 yaşlı Rehagel Cənubi Afrika Respublikasından futbolçularla birlikdə geri dönməyib. Hələ “qara qitə”də olan təcrübəli çalışdırıcı birbaşa vətəninə gedəcək.

Qeyd edək ki, 2001-ci ildən Yunanıstan yığmasına rəhbərlik edən Rehagel 3 il sonra komandaya Avropa çempionu adını qazandırmışdı. CAR-da isə onun komandası qrupda üçüncü yeri tutaraq, 1/8 final mərhələsinə yüksələ bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR