Bank Of Baku

Qələbə Kot-d’İvuara kömək etmədi

Qələbə Kot-d’İvuara kömək etmədi
# 25 iyun 2010 18:02 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə dünya çempionatında Kot-d’İvuar yığması G qrupunun son turunda KXDR millisinə 3:0 hesabı ilə qalib gəlsə də bu qələbə afrikalılara 1/8 finala çıxmağa imkan verməyib.

Qolları Yaya Ture (14-cü dəqiqə), Koffi Ndri Romarik (20-ci dəqiqə) və Salomon Kalu (82-ci dəqiqə) vurublar.

İvuarlılar 4 xal toplayaraq qrupu üçünüü yerdə baş vurublar. Paralel olaraq keçirilən Braziliya və Portuqaliya millilərinin görüşü 0:0 hesab ilə nəticələnib. Pley-off mərhələsinə də məhz bu yığmalar adlayıblar.

G qrupunun yekun cədvəli: 1. Braziliya (7 oçkov), 2. Portuqaliya (5), 3. Kot-d’İvuar (4), 4. KXDR (0).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR