Bank Of Baku

İspaniya və Çili növbəti mərhələyə çıxıblar

İspaniya və Çili növbəti mərhələyə çıxıblar
# 25 iyun 2010 22:24 (UTC +04:00)
Bakı-APA. CAR-da keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunları başa çatıb. H qrupunda keçirilən görüşlərdə İspaniya Çili yığmasını David Vilya və Andres İnyestanın qolları ilə 2:1 məğlub edib. Çili millisində Rodriqo Vilyar fərqlənib. Qrupun digər örüşündə İsveçrə millisi Hondurasın müqavimətini qıra bilməyib – 0:0. Beləliklə, İspaniya və Çili bu qrupdan növbəti mərhələyə vəsiqə qazanıblar. Artıq 1/8 finalın bütün rəqibləri məlumdur: Beləliklə ¼ finala çıxmaq uğrunda Uruqvay Cənubi Koreya, ABŞ Qana, Almaniya İngiltərə, Argentina Meksika, Hollandiya Slovakiya, Braziliya Çili, Paraqvay Yaponiya, İspaniya isə Portuqaliya ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR