Bank Of Baku

Almaniya İngiltərəni darmadağın edib

Almaniya İngiltərəni darmadağın edib
# 27 iyun 2010 21:06 (UTC +04:00)
APA-nın məlumatına görə, Almaniya yığmasında qollardan ikisini Tomas Müller, birini Miroslav Kloze, birini isə Lukaş Podolski vurub. İngiltərənin heyətində isə Metyu Apson fərqlənib.

Hesabı 21-ci dəqiqədə Miroslav Kloze açıb. 32-ci dəqiqədə Lukaş Podolski ikinci qolu rəqibin qapısından keçirib.

Podolskinin qolundan 5 dəqiqə sonra ingilislər hesab arasında fərqi azaldıblar. Almaniya yığmasının qapıçısı Noyelin çıxışdakı səhvindən Apson maksimum yararlanıb.

Bunun həmən ardınca Almaniya qapısında ikinci qolu görüb. Lakin uruqvaylı hakim Xorxi Larrionda Lempardın yüz faizli qolunu hesaba almayıb.

Fasilədən sonra isə almanlar 67 və 70-ci dəqiqələrdə Müllerin qolları ilə hesabı 4:1-ə çatdırıblar.

Beləliklə, Almaniya ¼ finala vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR