Bank Of Baku

Argentina ¼ finala çıxıb

Argentina ¼ finala çıxıb
# 28 iyun 2010 07:20 (UTC +04:00)
Bakı - APA. Argentina yığması Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının 1/8 final mərhələsində Meksika yığmasını 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Argentinanın iki qolunu Karlos Teves, birini isə Qonsalo İquain rəqib qapısından keçirib.

K. Teves ilk qolu 25-ci dəqiqədə oyundan kənar vəziyyətdən vurub. Lakin hakimlər açıq-aşkar oyundan kənar vəziyyətdə vurulan qolu hesaba alıblar. 33-cü dəqiqədə isə İquain fərqlənib. Bununla o, çempionatdakı qollarının sayını 4-ə çatdırıb.

Argentinalılar 3-cü topu Meksikanın qapısından 52-ci dəqiqədə keçiriblər. K. Teves möhtəşəm zərbə ilə topu qapının yuxarı küncünə göndərib.

71-ci dəqiqədə Meksika vurulmuş qollardan birinin əvəzini çıxıb. Havyer Hernandes fərqlənib. Lakin Meksikanın bundan artığına gücü çatmayıb.

Beləliklə, Argentina ¼ finala çıxıb. Onun rəqibi Almaniya yığması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR