Bank Of Baku

İqain mundialın ən sərrast futbolçuları arasında liderliyə yüksəlib

İqain mundialın ən sərrast futbolçuları arasında liderliyə yüksəlib
# 28 iyun 2010 11:06 (UTC +04:00)
Bakı - APA-Sport. Dünya çempionatının final mərhələsinin ən məhsuldar futbolçu adı uğrunda mübarizə daha da gərginləşib.

Apasport.az saytının məlumatına görə, Meksika yığma komandası ilə oyunda dubl edən Argentina millisinin hücumçusu Qonzalo İqain CAR-da özünün dördüncü qolunu vurmaqla bombardirlər siyahısının liderinə çevrilib.

”Real”lı forvardı mundialda 3 qol vuran 6 futbolçu - Landon Donavan (ABŞ), Tomas Müller (Almaniya), Asamoa Qyan (Qana), Luis Suarez (Uruqvay), David Villa (İspaniya) və Robert Vittek (Slovakiya) izləyir. Maraqlıdır ki, bu futbolçulardan yalnız Landon Donavanın şərəfini qoruduğu ABŞ yığma komandası mübarizəni dayandırıb. Digər oyunçuların isə İqainə çatmaq və onu bombardirlik yarışından kənarlaşdırmaq şansları yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR