Bank Of Baku

FİFA prezidenti İngiltərə və Meksikadan üzr istədi

FİFA prezidenti İngiltərə və Meksikadan üzr istədi
# 29 iyun 2010 12:40 (UTC +04:00)
Bakı – APA. FİFA prezidenti Yozef Blatter CAR-da keçirilən dünya çempionatının 1/8 final mərhələsində qeydə alınan hakim səhvlərinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri İngiltərə və Meksika futbol federasiyalarının rəhbərlərindən üzr istəyib.

Blatter Almaniya ilə oyunda ingiltərəli Frank Lempardın qolunun qeydə alınmamağının, həmçinin argentinalı Karlos Tevesin Meksika ilə qarşılaşmada oyundankənar vəziyyətdən fərqlənməsinin ədalətsizlik olduğunu etiraf edib: “Mən İngiltərə və Meksika futbol federasiyalarının nümayəndələri ilə söhbət etmişəm. Onlar hakim səhvlərinə məyus idilər. Onlardan üzr istədim. Başa düşürəm ki, onlar narazıdırlar və hakimliyi tənqid etmək haqları var. Həm ingilislər, həm də meksikalılar üzrxahlığımı qəbul etdilər”.

Qeyd edək ki, İngiltərə yığması Almaniyaya 1:4, Meksika isə Argentinaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR