Bank Of Baku

Azərbaycan yığması Almaniya klubunu məğlub edib

Azərbaycan yığması Almaniya klubunu məğlub edib
# 30 iyun 2010 08:03 (UTC +04:00)
Bakı – APA. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın Duysburq şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində üçüncü matçına çıxan komandamızın rəqibi Aşağı Reyn əyalətinin müvafiq yaş qrupundan ibarət yığması olub. Futbolçularımız bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər. Komandamızın heyətində Ruslan Nəsirli, Sadiq Güliyev, Namiq Ələsgərov fərqləniblər.

Qeyd edək ki, bu oyunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR