Bank Of Baku

Almaniya Argentinanı darmadağın edib

Almaniya Argentinanı darmadağın edib
# 03 iyul 2010 20:49 (UTC +04:00)
APA-nın məlumatına görə, 3-cü dəqiqədə Tomas Müllerin qolu ilə irəli çıxan almanlar ikinci hissədə daha 3 top vuraraq Argentinanı biabırçı hesabla məğlub ediblər. Qolları 67 və 89-cu dəqiqələrdə Miroslav Kloze, 74-cü dəqiqədə isə Arne Fridrix vurublar.

Almanların yarımfinalda rəqibi İspaniya-Paraqvay görüşünün qalibi olacaq.

Qeyd edək ki, Kloze dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayını 14-ə çatdırıb. O, yalnız 15 topla ilk sırada olan braziliyalı Ronaldodan geri qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR