Bank Of Baku

“Qalatasaray” klubunun əsas qapıçı İspaniyada oynayacaq

“Qalatasaray” klubunun əsas qapıçı İspaniyada oynayacaq
# 05 iyul 2010 15:14 (UTC +04:00)
Bakı – APA. Argentinalı qapıçı Leo Frankonun Türkiyənin “Qalatasaray” klubundan gedişi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı İspaniyanın “Saraqosa” komandasına keçib.

Franko Primero təmsilçisinə sərbəst futbolçu kimi qismət olub. Onunla iki illik müqavilə imzalanıb. Leo ilə Primeronun debütantı “Erkules” da maraqlansa da, argentinalı “Saraqosa”ya üstünlük verib.

Qeyd edək ki, karyerasının böyük hissəsini İspaniyada keçirən Franko ötən yay Madridin “Atletiko” klubuna “Qalatasaray”a keçmişdi. O, İstanbul təmsilçisində mövsümün sonunda, “Fənərbaxça” ilə derbi oyunda (0:1) qolda buraxdığı kobud səhvdən sonra ehtiyata düşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR