Bank Of Baku

FİFA dünya çempionatının yarımfinal matçlarının hakimlərini açıqlayıb

FİFA dünya çempionatının yarımfinal matçlarının hakimlərini açıqlayıb
# 05 iyul 2010 17:00 (UTC +04:00)
Bakı-APA. FİFA Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının yarımfinal oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. APA-nın məlumatına görə, sabah baş tutacaq Uruqvay-Hollandiya oyununu idarə etmək Özbəkistandan olan hakim Ravşan İrmatova həvalə olunub. Almaniya-İspaniya matçını isə macar hakim Viktor Kaşşai idarə edəcək. Çempionatın kəşfi sayılan Ravşan İrmatov buna qədər CAR-Meksika, İngiltərə-Əlcəzair, Yunanıstan-Argentina və Argentina-Almaniya oyunlarını idarə edib. O bu dörd oyun ərzində oyunçuları 11 dəfə sarı kartla cəzalandırıb. Kaşşai isə Braziliya-KXDR, Meksika-Uruqvay və ABŞ-Qana matçlarının hakimi olub. Oyunçulara ümumilikdə 9 sarı kart göstərən Kaşşai ABŞ-Qana matçında Afrika komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR