Bank Of Baku

“Qalatasaray” Abdul Kader Keytanı Qatar klubuna satıb

“Qalatasaray” Abdul Kader Keytanı Qatar klubuna satıb
# 06 iyul 2010 08:15 (UTC +04:00)
APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, klub 8 milyon 150 min avroya Keytanı Qatarın “Əl Sadd” klubuna satıb. Bundan başqa, Keyta keçən sezona görə “Qalatasaray”dan alacağı pulun 200 min avroluq hissəsindən də vaz keçib. Beləliklə, “Qalatasaray” Fil Dişi Sahili milli komandasının oyunçusunu 8 milyon 350 min avroya satmış olub.

Xatırladaq ki, “Qalatasaray” 29 yaşlı Abdul Kader Keytanı ötən il Fransanın “Lion” klubundan transfer etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR