Bank Of Baku

Dünya çempionatının finalında Hollandiyanın rəqibi İspaniya millisi oldu

Dünya çempionatının finalında Hollandiyanın rəqibi İspaniya millisi oldu
# 07 iyul 2010 22:18 (UTC +04:00)
Bakı-APA. CAR-da keçirilən futbol üzrə dünya çempionatında ikinci finalçı da müəyyənləşib. Almaniya millisini 1:0 hesabı ilə məğlub edən İspaniya futbolçuları tarixlərində ilk dəfə olaraq dünya çempionatının finalına yüksəliblər. Yeganə qolu 73-cü dəqiqədə baş zərbəsilə Puyol vurub.

Beləliklə iyulun 11-də Yohannesğurqda keçiriləcək final görüşündə Hollandiya və İspaniya yığmaları qarşılaşacaqlar. Bununla da dünya çempionatları tarixində 2 yeniliyə imza atılacaq. Birincisi, Avropa yığması ilk dəfə olaraq öz qitəsindən kənarda keçirilən dünya çempionatının qalibi olacaq. İkincisi isə bu il tamamilə yeni bir komanda öz adını dünya çempionları siyahısına yazdıracaq. Nə Hollandiya, nə də İspaniya yığmaları daha öncə dünya çempionu adını qazanmayıblar. Hollandlar 1974 və 1978-ci illərdə dünya çempionatlarının finalına çıxsalar da, orada müvafiq olaraq, Almaniya və Argentina millilərinə məğlub olublar. İspanlar üçün isə bui lk finaldır.

Bu günkü görüşdə məğlub olmuş Almaniya millisi isə iyulun 10-da 3-cü yer uğrunda oyunda Uruqvayla qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR