Bank Of Baku

Qana FİFA-dan futbol qaydalarını dəyişdirməyi tələb edib

Qana FİFA-dan futbol qaydalarını dəyişdirməyi tələb edib
# 08 iyul 2010 04:18 (UTC +04:00)
Bakı-APA. Qananın idman naziri Akua Sena Dansua FİFA-nın futbol qaydalarını dəyişdirməli olduğunu bəyan edib. Dansua məhz hansı qaydaların dəyişdirilməli olduğunu dəqiqləşdirməyib. Lakin onun cərimə meydançasında əl ilə oynamağa görə cəzanın ağırlaşdırılmasını nəzərdə tutduğu güman edilir.

Qana yığması dünya çempionatının 1/4 finalında Uruqvaya məğlub olub. Oyunun əsas və əlavə vaxtı heç-heçə bitib. Əlavə vaxtın son dəqiqəsində uruqvaylı hücumçu qapılarına gedən topu əli ilə saxlayıb. Belə oyuna görə Suares meydançadan qovulub, Uruqvay millisinin qapısına isə penalti təyin olunub. Lakin qanalı Asamoa Gyan bu şansdan istifadə edə bilməyib. Oyundan sonrakı onbirmetrlik cərimə zərbələrini isə uruqvaylılar daha dəqiq vurublar.

Dansuanın bəyanatına cavab olaraq FİFA nümayəndəsi bildirib ki, bütün qayda dəyişiklikləri Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən 2011-ci ilin martında Uelsdə müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR