Bank Of Baku

Yoahim Löv: “İspaniya dünya çempionu olacaq”

Yoahim Löv: “İspaniya dünya çempionu olacaq”
# 08 iyul 2010 08:59 (UTC +04:00)
O, matç boyu İspaniyanın topa çox yaxşı nəzarət etdiyini söyləyib: “Elə paslaşırdılar ki, bizimkilər həmişə geridə qalırdı. Biz topu ələ keçirə bilmirdik və çoxlu güc sərf edirdik. Onları təbrik edirəm. Son iki-üç il ərzində ispanlar dünyanın ən yaxşısı idi. Biz turnirdə ələ oynadıq, lakin bu dəfə əvvəlki matçlardakı qədər yaxşı deyildik”.

Y. Löv əlavə edib ki, o, komandada qalsa da, qalmasa da, heyəti dəyişmək lazım deyil: “Komanda əla futbolçulardan qurulub və daha da inkişaf edəcək. Mən oyunçularımı təbrik etdim. Onlarda ruh yüksəkliyi yaratmalıyam, çünki hələ bir oyunumuz qalıb”.

Kapitan Filipp Lam da oyunun Almaniya milli komandası üçün çox mürəkkəb keçdiyini vurğulayıb: “Biz bilirdik ki, dünya çempionatının favoriti İspaniyadır. Onlar fövqəladə dərəcədə güclüdür”.

Hücumçu Miroslav Kloze isə oyun ərzində müdafiəyə daha çox diqqət ayırmaq məcburiyyətində qaldıqlarını bildirib: “İspanlar çox ağıllı oynadılar. Biz topu ələ keçirən kimi yorğunluqdan itirirdik və pas ata bilmirdik. Mən dünya çempionu ola bilmədiyimiz üçün çox məyusam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR