Bank Of Baku

“Qalatasaray” ilk əcnəbi transferini açıqlayıb - FOTO

“Qalatasaray” ilk əcnəbi transferini açıqlayıb - <font color=red> FOTO</font>
# 08 iyul 2010 17:01 (UTC +04:00)
APA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qalatasaray” İngiltərə premyer-liqasının “Sanderlend” komandasının kapitanı Lorik Sana ilə 4 illik müqavilə imzalayıb. Türkiyə klubu bu transfer üçün “Sanderlend”ə 4,5 milyon avro, futbolçuya isə ildə 2 milyon avro və oynayacağı hər matç üçün 7 min 500 avro ödəyəcək.

Orta xətt oyunçusu olan L. Sana 1983-cü ildə Kosovoda dünyaya gəlsə də, İsveçrədə böyüyüb. Futbola İsveçrənin “Lozanna Sports” klubunda başlayıb, sonra Fransanın “Pari Sen-Jermen” komandasına, oradan isə “Marsel”ə transfer olub. “Marsel”də kapitan seçilən L. Sana ingilislərin diqqətini cəlb edib və 2009-cu ildə “Sanderlend” tərəfindən satın alınıb. Albaniya, İsveçrə və Fransa vətəndaşı olan L. Sana Albaniya milli komandasında oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR