Bank Of Baku

Ağasəlim Mircavadov istefa verdi

Ağasəlim Mircavadov istefa verdi
# 08 iyul 2010 20:51 (UTC +04:00)
Bakı-APA.“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov istefa verib. Apasport.az saytının xəbərinə görə, bu gün Avropa Liqasının I təsnifat mərhələsində Lənkəranda Moldovanın “Olimpiya” komandası ilə görüşdən sonra təcrübəli çalışdırıcı postundan ayrılıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Mircavadov lənkəranlı azarkeşlərdən üzr də istəyib: “Azarkeşlərdən üzr istəyirəm. Ürəyim həmişə bu komandanın yanında olacaq. Mənim bu komandada uğurlarım olub. “Xəzər-Lənkəran”a gələcəkdə uğurlar arzulayıram”.

Qeyd edək ki, ilk oyunda Kişinyovda “Olimpiya” ilə heç-heçə (0:0) oynayan cənub təmsilçisi öz meydanında 1:1 oynayıb. Amma bu nəticə növbəti mərhələyə adlamaq üçün rəqibin işinə yarayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR