Bank Of Baku

Dünya çempionatının finalı matçını idarə edəcək hakimin adı açıqlanıb

Dünya çempionatının finalı matçını idarə edəcək hakimin adı açıqlanıb
# 09 iyul 2010 06:48 (UTC +04:00)
Bakı-APA. FİFA Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının final matçını idarə edəcək hakimin adını açıqlayıb. APA-nın məlumatına görə, Hollandiya-İspaniya finalını ingilis hakim Hovard Uebb idarə edəcək. Sabiq polis əməkdaşı olan Hovard Uebbə final matçını idarə etməkdə laynsmenlər Darren Kinn və Maykl Mullarki kömək edəcək.

Hovard Uebb dünya çempionatının final mərhələsində üç oyun idarə edib və oyunçuların heç birinə qırmızı vərəqə göstərməyib. Maraqlıdır ki, İspaniya yığması dünya çempionatında yeganə məğlubiyyəti qrupun açılış matçında məhz Uebbin idarə etdiyi İsveçrə ilə matçda alıblar. Britaniyalı hakimin idarə etdiyi digər oyun da sürprizlə nəticələnib. İtaliya-Slovakiya matçında qonaqlar məhz Uebbin sayəsində 3-2 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar. Həmin matçda Hovard Uebb italyanların iki təmiz qolunu hesaba almayıb. Braziliyanın Çiliyə 3-0 hesabı ilə qalib gəldiyi matçın hakimi də məhz Hovard Uebb olub. Xatırladaq ki, Çempionlar Liqasında “İnter”lə “Bavariya” arasında keçirilən final matçını da bu hakim idarə etmişdi.

FİFA dünya çempionatında üçüncü yer uğrunda keçiriləcək oyunun da hakiminin adını açıqlayıb. Almaniya-Uruqvay matçı meksikalı hakim Benito Arçundieyin rəhbərlik etdiyi hakimlər briqadasına etibar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR