Bank Of Baku

Frans Bekkenbauer: CAR dünya çempionatının təşkili ilə fəxr edə bilər

Frans Bekkenbauer: CAR dünya çempionatının təşkili ilə fəxr edə bilər
# 09 iyul 2010 22:09 (UTC +04:00)
Bakı-APA. Əfsanəvi alman futbolçusu Frans Bekkenbauer hesab edir ki, CAR futbol üzrə dünya çempionatının təşkili ilə fəxr edə bilər. «Bu fantastik çempionat idi. Bütün dünyanın diqqəti vəzifəsinin öhdəsindən əla gələn Cənubi Afrikaya yönəlib», deyə Bekkenbauer bildirib.

«CAR-dakı stadionlar dünyanın ən yaxşı stadionları sırasına daxil edilə bilərlər, onlardan bəziləri bu sahədə nümunə ola bilərlər. Bütün hər şey atmosfer, azarkeşlər, stadionlar, infrastruktur – hamısı yüksək səviyyədə idi», deyə alman futbolçu əlavə edib.

Əfsanəvi futbolçu hətta vuvuzelanı da tərifləyib: «Bəziləri vuvuzelanı qeyri-adi səsinə görə tənqid edirlər, lakin biz Afrikadayıq, buranın öz adətləri var. Mən bir sıra oyunlarda olmuşam və məncə bu çox əladır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR