Bank Of Baku

Mişel Platini CAR-da xəstəxanaya yerləşdirilib

Mişel Platini CAR-da xəstəxanaya yerləşdirilib
# 10 iyul 2010 00:05 (UTC +04:00)
Bakı-APA. UEFA prezidenti Mişel Platini Yohannesburqda xəstəxanaya yerləşdirilib. O, şəhərdəki restoranlardan birində huşunu itirib. Məlumatı “Reuters” agentliyinə UEFA prezidentinin nümayəndəsi verib.

Mişel Platininin xüsusi müşaviri Uilyam Qeyllard bildirib ki, ilkin tibbi müayinə zamanı ciddi heç nə aşkarlanmayıb. Onun sözlərinə görə, futbol üzrə Dünya Çempionatının keçirildiyi CAR-da havaların soyuq olması üzündən Mişel Platinidə soyuqlama əlamətləri və qızdırma olub: “O, qaydasındadır. Hazırda müayinə keçirilir. Mişel Platininin huşu özündədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR