Bank Of Baku

Uruqvayın məşqçisi ilbiz Paulu ifşa etmək istəyir

Uruqvayın məşqçisi ilbiz Paulu ifşa etmək istəyir
# 10 iyul 2010 01:02 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Oskar Tabares ilbiz Paulun da səhv etdiyini sübut etməyin vaxtı çatdığını bildirib.

Tabares bildirib ki, Paulun 3-cü yer uğrunda oyunda qələbəni almanlara verməsi onun komandası üçün əlavə stimul rolunu oynayacaq.

«Biz təkcə Almaniya millisinə deyil, həm də ilbizə qalib gəlmək istəyirik», deyə Tabares bəyan edib.

İlbiz Paul artıq Almaniyanın dünya çempionatında keçirdiyi bütün 6 oyunun nəticəsini düz tapıb. 2008-ci il Avropa çempionatında Paul 6 nəticədən 5-ini düz tapıb.

Qeyd edək ki, CAR-da keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda görüşdə Almaniya və Uruqvay milliləri qarşılaşacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR