Bank Of Baku

Bu gün futbol üzrə dünya çempionatında 3-cü yer uğrunda görüş keçiriləcək

Bu gün futbol üzrə dünya çempionatında 3-cü yer uğrunda görüş keçiriləcək
# 10 iyul 2010 04:58 (UTC +04:00)
Bakı-APA. Bu gün CAR-ın Port-Elizabet şəhərinin «Nelson Mandela Bey» stadionunda Almaniya və Uruqvay milliləri dünyanın futbol üzrə 3-cü yığmasını müəyyənləşdirmək üçün qarşı-qarıya gələcəklər. Yarımfinalda almanlar ispanlara (0:1), uruqvaylılar isə hollandlara (2:3) məğlub olublar.

Bu millilər artıq bir dəfə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında bürünc medallar uğrunda oyunda almanlar Overatın vurduğu qol sayəsində Uruqvaya qalib gəliblər. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında ¼ finalda almanlar yenə də uruqvaylılardan üstün olublar (4:0). 1986-cı ildə yenə də Meksikada keçirilən dünya çempionatının qrup mərhələsində bu yığmaların görüşü 1:1 hesabı ilə nəticələnib. Ümumilikdə iki komanda 9 dəfə qarşılaşıblar. 6 görüşdə almanlar, 1 görüşdə isə uruqvaylılar qalib gəliblər. Uruqvayın yeganə qələbəsi 1928-ci ildə keçirilmiş Olimpiadaya təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR