Hollandiya, yoxsa İspaniya?
Yohannesburqda keçiriləcək final qarşılaşması Hollandiya yığması üçün dünya çempionatlarında oynadıqları sayca üçüncü final matçı olacaq. 1974 və 1978-ci illərdə finala qədər getməyi bacaran “narıncılar” hər iki finalda ev sahiblərinə - Almaniya və Argentinaya uduzaraq gümüş medalla kifayətləniblər. İspaniya milliəri isə 13 dəfə futbol üzrə dünya çempionatının final mərhələsinə qatılsalar da, ən yaxşı göstəricini 1950-ci il çempionatında əldə ediblər. O zaman ispanlar dünya dördüncüsü olublar.
Bu gün keçiriləcək final matçının başqa bir özəlliyi çempionatın ən çox qol vuran oyunçusunun məhz bu matçda müəyyən olunacağıdır. İspan David Vilya və holland Uesli Sneyder hərəyə 5 qol vurmaqla ən yaxşı qolçular siyahısına başçılıq edirlər. Alman Tomas Müller və uruqvaylı Dieqo Forlanın da hesabında 5 qol var, lakin onların öz qol hesablarını artırmaq imkanı artıq yoxdur.
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının ən yadda qalan məqamları sözsüz ki, milli nəfəsli musiqi aləti vuvuzela və səkkizayaqlı dəniz ilbizi Pauldur. Sonuncu öz populyarlığına görə, artıq dünyanın ən məşhur futbolçularından belə geri qalmır. Almaniya yığmasının çempionatın final mərhələsində keçirdiyi oyunların bütün nəticələrini əvvəlcədən “tapmağı” bacaran Paulun son proqnozu da düz çıxıb. İlbiz iki gün əvvəl üçüncü yer uğrunda keçirilən matçda Almaniyanın Uruqvay üzərində qələbə qazanacağını əvvəlcədən xəbər verə bilib. İlbiz Paulun final maçı ilə bağlı proqnozu da maraqlıdır. O, final matçında İspaniya millisinin qalib gələcəyinə “inanır”. Paulun bu uğurundan sonra heyvanların proqnozlarına maraq artıb. Malayziya paytaxtında yaşayan Mina Kutti ləqəbli uzunquyruq tutuquşu da artıq proqnozunu “açıqlayıb”. Mina Kuttiyə içərisində finalda oynayacaq Hollandiya və İspaniya millilərinin adları yazılmış iki qapalı zərf verilib. Tutuquşu xeyli tərəddüddən sonra İspaniya millisinin adı yazılmış zərfi dimdikləyib və bununla da ispanların dünya çempionu olacağı “rəsmiləşib”.
Bu axşam Bakı vaxtı ilə 23.30-da başlayacaq final matçını idarə edəcək hakimin adı isə bir neçə gün əvvəl açıqlanıb. Hollandiya-İspaniya finalını ingilis hakim Hovard Uebb idarə edəcək. Sabiq polis əməkdaşı olan Hovard Uebbə final matçını idarə etməkdə laynsmenlər Darren Kinn və Maykl Mullarki kömək edəcək.
Hovard Uebb dünya çempionatının final mərhələsində üç oyun idarə edib və oyunçuların heç birinə qırmızı vərəqə göstərməyib. Maraqlıdır ki, İspaniya yığması dünya çempionatında yeganə məğlubiyyəti qrupun açılış matçında məhz Uebbin idarə etdiyi İsveçrə ilə matçda alıblar. Britaniyalı hakimin idarə etdiyi digər oyun da sürprizlə nəticələnib. İtaliya-Slovakiya matçında qonaqlar məhz Uebbin sayəsində 3-2 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar. Həmin matçda Hovard Uebb italyanların iki təmiz qolunu hesaba almayıb. Braziliyanın Çiliyə 3-0 hesabı ilə qalib gəldiyi matçın hakimi də məhz Hovard Uebb olub. Xatırladaq ki, Çempionlar Liqasında “İnter”lə “Bavariya” arasında keçirilən final matçını da bu hakim idarə etmişdi.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib