Bank Of Baku

David Vilya və Xavi hollandlar üzərində qələbənin reseptini açıqlayıblar

David Vilya və Xavi hollandlar üzərində qələbənin reseptini açıqlayıblar
# 11 iyul 2010 12:05 (UTC +04:00)
Bakı-APA. İspaniya yığmasının hücumçusu, “Qızıl top” mükafatına ən real namizədlərdən olan David Vilya Hollandiya milli üzərində qələbə qazanmaq üçün əsas şərti açıqlayıb. APA-nın məlumatına görə, Vilya bildirib ki, əgər rəqibi topla oynamaq imkanından məhrum edərək onları müdafiəyə çəkilməyə məcbur etsələr, ispanlar bu matçda qalib gələcəklər. David Vilya yarımfinalda Almaniya yığması üzərində qələbənin əsas sirrinin məhz bu olduğunu deyib.

İspan hücumçu əlavə edib ki, hollandlar da 90 dəqiqə ərzində oyuna nəzarəti öz əllərində saxlamağa çalışacaqlar: “Rəqiblərimiz topu ələ keçirməyi və hücum etməyi sevirlər, buna görə də onları bu imkandan məhrum etmək lazımdır”.

İspaniya millisinin yarımmüdafiəçisi Xavi də bu fikirlər razıdır: “Finalda çox güman ki, meydanda ərazi üstünlüyünə malik olan komanda qalib gələcək. Eyni zamanda bu cür məsuliyyətli oyunda ələ keçirilən qol vurmaq şanslarını dəyərləndirmək də çox vacibdir. Ümidvaram ki, komandamız əvvəlki matçlardan fərqli olaraq bu oyunda qol imkanlarından maksimum yararlana biləcək”.

Xatırladaq ki, həm David Vilya, həm də Xavi İspaniya yığmasının dünya çempionatının final mərhələsində oynadığı bütün oyunlarda meydana çıxıblar. Hər iki oyunçunun adı FİFA tərəfindən “Qızıl top” mükafatına namizədlərin siyahısına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR