Bank Of Baku

İspaniya FİFA-dan 23,7 milyon avro pul mükafatı alacaq - FOTO

İspaniya FİFA-dan 23,7 milyon avro pul mükafatı alacaq - <font color=red>FOTO</font>
# 12 iyul 2010 07:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, finalçı Hollandiya 19 milyon avro, 3-cü yer uğrunda matçda qarşılaşan Almaniya və Uruqvay 16 milyon avroya yaxın, ¼ finalçılar (Qana, Paraqvay, Argentina, Braziliya) isə hərəsi 14,2 milyon avro pul alacaq.

Çempion İspaniya FİFA-nın təmiz oyuna görə mükafatının da sahibi olub. İspanlar cəmi 8 sarı kart alıblar ki, bunun 5-i final matçının payına düşüb. Ən az kart görən komanda Şimali Koreya olsa da, onlar cəmi 3 oyun keçirdikləri üçün bu mükafata layiq sayılmayıblar.

İspaniya milli komandası ardıcıl həm Avropa, həm də dünya çempionu adını qazanan üçüncü komanda olub. Daha əvvəl bu uğuru Almaniya milli komandası əldə edib. Almanlar 1972-ci ildə Avropa çempionu, 2 il sonra dünya çempionu olublar. Fransa milli komandası isə 1998-ci ildə dünya çempionu olduqdan 2 il sonra Avropa çempionluğunu qazanıb.

İspaniyanın zəfərindən sonra Avropa qitəsi dünya çempionluğunun sayına görə Cənubi Amerikanı ötüb. Avropalılar 10, cənubi amerikalılar isə 9 dəfə dünya çempionu olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR