Bank Of Baku

Bakının “İnter” klubu Çempionlar Liqasının ilk təsnifat mərhələsində bu gün “Lex”lə qarşılaşacaq

Bakının “İnter” klubu Çempionlar Liqasının ilk təsnifat mərhələsində bu gün “Lex”lə qarşılaşacaq
# 13 iyul 2010 15:09 (UTC +04:00)
Bakı - APA-Sport. Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “İnter” də avrokuboklarda yeni mövsümə başlayan klublarımız sırasına qoşulur.

Avroliqada çıxış edən “Qarabağ” və “Xəzər-Lənkəran”dan sonra sınağa çıxan Kaxaber Sxadadzenin yetirmələri Polşanın “Lex” klubu ilə ilk oyunu evdə keçirəcək. Ardıcıl üçüncü mövsümdür avrokuboklarda çıxış edən “bankirlər” yenə rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

“İnter” indiyə kimi avrokuboklarda nəinki bu arenada, ümumiyyətlə, qələbə qazana bilməyib. Komanda iki il öncə elə ÇL-də Makedoniyanın “Rabotniçki” klubu ilə görüşdə mərhələni səfərdə vurduğu qol hesabına keçib. Klublarımız üçün arzuolunmaz rəqib olan “Lex”i məğlub etmək nə qədər çətin olsa da, hər halda, “İnter” qələbə üçün meydana çıxacaq. Polşada buna nail olmaq daha çətin olduğundan, Bakıda lazımi nəticəni əldə etmək gərəkdir.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. “İNTER” (AZƏRBAYCAN) – “LEX” (POLŞA)
Baş hakim: Saşa Kever (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR