Bank Of Baku

Gəncədə ənənəvi “Sevinc” kuboku start götürüb

Gəncədə ənənəvi “Sevinc” kuboku start götürüb
# 14 iyul 2010 09:13 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə uşaq futbolunun inkişafına böyük stimul verən ənənəvi “Sevinc” kuboku start götürüb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, 1998-1999-cu il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışlara Gəncə şəhər idman məktəblərinin komandaları qatılıblar. 8 qrupda mübarizə aparılan yarışlar Avqust ayında başa çatacaq. Qeyd edək ki, ənənəvi “Sevinc” kuboku 2003-cü ildən keçirilir. Bu artıq Gəncə şəhərində uşaq futbolunun inkişafına təkan verən sayca səkkizinci yarışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR