Bank Of Baku

Bu gün “Qarabağ” Avroliqada ikinci, “Bakı” isə ilk matçına çıxacaq

Bu gün “Qarabağ” Avroliqada ikinci, “Bakı” isə ilk matçına çıxacaq
# 15 iyul 2010 12:33 (UTC +04:00)
Bakı - APA-Sport. Bu gün Avroliqada II təsnifat mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, futbolsevərlərimiz diqqəti ölkəmizin bu turnirdə təmsilçiləri olan “Bakı” ilə “Qarabağ”a yönələcək.

Ölkə kubokunun qalibi olduğundan mübarizəyə birbaşa bu mərhələdən başlayan “Bakı” yeni baş məşqçisi Vinfred Şaferin rəhbərliyi altında rəsmi debüt edəcək. Almaniyalı mütəxəssisin ilk ciddi sınağı Çernoqoriyanın gümüş medalçısı “Buduçnost” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə olacaq. Oyuna Almaniyada hazırlaşan, heyətini xeyli gücləndirən, yeniləşən “Bakı”nın evdə qələbə qazanacağına inam böyükdür. Komandamız cütün taleyini bu gün böyük ölçüdə həll etməlidir.

“Qarabağ”ın isə işi bir qədər çətin olacaq. Ona görə yox ki, rəqib olan Şimali İrlandiyanın “Portadaun” klubu “Buduçnost”dan güclüdür. Əsas məsələ “Qarabağ”ın əvvəl viza, daha sonra nəqliyyat problemi ilə əlaqədar səfərə yubanaraq çıxmasıdır. Şimali İrlandiyaya ötən gecə çatan Ağdam klubunun orada məşq etməyə vaxtı qalmır və elə bu gün oyuna çıxmalıdır. “Qarabağ” belə çətinliklərdən sonra da duruş gətirərsə, ona olan güvəni daha da artıracaq.


Avroliqa, II təsnifat mərhələsi
İlk oyun
15 iyul
21:00. “BAKI” (AZƏRBAYCAN) – “BUDUÇNOST” (ÇERNOQORİYA)
Baş hakim: Avqustus Viorel Konstantin (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

23:45. “PORTADAUN” (ŞİMALİ İRLANDİYA) – “QARABAĞ” (AZƏRBAYCAN)
Baş hakim: Oliver Draxta (Avstriya)
Portadaun. “Şamrok Park” stadionu
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR