Bank Of Baku

“Beşiktaş” “Real”ın ulduzunu transfer edib

“Beşiktaş” “Real”ın ulduzunu transfer edib
# 16 iyul 2010 08:04 (UTC +04:00)
Bakı - APA-Sport. “Beşiktaş” uzun sürən danışıqlardan sonra “Real”lı ulduz Qutini transfer edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubu ispaniyalı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

Quti “Beşiktaş”da ilinə 2,6 milyon avro alacaq. Komanda Super Liqanın çempionu olacağı halda, “Real”da kapitan sarğısını daşımış futbolçunun qazancına daha 200 min avro əlavə ediləcək. Bundan əlavə, Quti yeni mövsümdə 25 oyunda meydana çıxacağı halda bonus da alacaq.

Qeyd edək ki, Quti “Beşiktaş”ın baş məşqçisi Bernd Şusterin rəhbərliyi altında “Real”da da forma geyinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR