Bank Of Baku

Azərbaycan yığmasının Çernoqoriya ilə yoldaşlıq oyununun vaxtı dəqiqləşdi

Azərbaycan yığmasının Çernoqoriya ilə yoldaşlıq oyununun vaxtı dəqiqləşdi
# 28 iyul 2010 08:05 (UTC +04:00)
Bakı – APA. AFFA ilə Çernoqoriya Futbol Federasiyası arasında aparılan danışıqlar müsbət nəticələnib. Bu barədə apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O bildirib ki, noyabrın 17-də Azərbaycan yığması səfərdə Çernoqoriya ilə yoldaşlıq görüşü keçirəcək: “Daha əvvəl əldə olunmuş razılığa əsasən, bu il noyabrın 17-də millimiz səfərdə Malta ilə yoldaşlıq oyunu keçirməli idi. Lakin Malta yığmasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimində UEFA tərəfindən dəyişiklik edilməsi, həmin yoldaşlıq görüşünün təxirə salınması ilə nəticələnib. Çünki noyabrın 17-də Malta səfərdə Xorvatiya ilə Avro-2012-nin seçmə oyununa çıxacaq”.

Məmmədovun sözlərinə görə, futbolçularımızın oyun təcrübəsinin artırılması baxımından yoldaşlıq görüşlərinin mütəmadi keçirilməsi vacibdir: “Sevindirici haldır ki, qısa müddət ərzində millimizin yoldaşlıq oyunu keçirməsi üçün rəqib tapa bildik. Futbolçuların oyun təcrübəsinin artırılması baxımından yoldaşlıq görüşlərinin mütəmadi keçirilməsi vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR