Bank Of Baku

“Xəzər-Lənkəran” Latviya yığmasının qapıçısı ilə müqavilə bağlayıb

“Xəzər-Lənkəran” Latviya yığmasının qapıçısı ilə müqavilə bağlayıb
# 28 iyul 2010 08:16 (UTC +04:00)
Bakı – APA. Latviya yığmasının qapıçısı Denis Romanovun “Xəzər-Lənkəran”a keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi 32 yaşlı legionerlə iki il müddətinə müqavilə imzalayıb.

Bundan öncə isə Denis tibbi müayinədən keçib. Praqanın “Sparta” klubundan gələn Denis buna qədər Buxarest “Dinamo”sunda oynayıb. O, həmin komandada “Xəzər-Lənkəran”ın rumıniyalı yeni baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, lənkəranlıların yeni transferi bır sıra dilləri bilməsi ilə seçilir. Romanov doğma dili ilə yanaşı, rus, çex və ingilis dillərində də danışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR