Bank Of Baku

“Qarabağ” klubların reytinq siyahısında 102 pillə irəliləyib

“Qarabağ” klubların reytinq siyahısında 102 pillə irəliləyib
# 02 avqust 2010 09:54 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, siyahıda yeganə təmsilçimiz olan “Qarabağ” böyük sıçrayış edib.

Belə ki, 102 pillə irəliləyən Ağdam təmsilçisi hesabındakı 88,5 xalla 189-cu yerdədir. Komandamız bu göstərici ilə məşhur klublardan “Bayer” (Almaniya), “Napoli” (İtaliya), “Birmingem” (İngiltərə), “Palmeyras” (Braziliya) və “Bursaspor”u (Türkiyə) qabaqlayıb.

Qeyd edək ki, "Qarabağ" son siyahıda 291-ci yerdə qərarlaşmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR