Bank Of Baku

“Neftçi” Belçika yığmasının futbolçusu Emil Mpenza ilə müqavilə bağlayıb

“Neftçi” Belçika yığmasının futbolçusu Emil Mpenza ilə müqavilə bağlayıb
# 02 avqust 2010 10:02 (UTC +04:00)
Bakı – APA. Emil Mpenza Bakının “Neftçi” klubunun şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Belçika mətbuatı yazıb.

Xəbərdə Belçika yığmasının hücumçusunun bakılılarla 3 illik müqavilə imzaladığı bildirilir. 32 yaşlı futbolçunun son klubu İsveçrədə “Syon” olub.

Mpenza Belçika millisinin heyətində 57 oyun keçirib və 19 qol vurub. Azərbaycana qarşı da oynamış hücumçu “Şalke-04”, “Hamburq” və “Mançester Siti” kimi klubların şərəfini qoruyub.

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov isə apasport.az saytına açıqlamasında xəbəri nə təsdiq, nə təkzib edib: “Mpenza Bakıya sabah gələcək. Bundan sonra hər hansı açıqlama verə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR