Bank Of Baku

“Xəzər-Lənkəran” klubu daha bir rumıniyalı futbolçu ilə müqavilə bağlayıb

“Xəzər-Lənkəran” klubu daha bir rumıniyalı futbolçu ilə müqavilə bağlayıb
# 02 avqust 2010 15:24 (UTC +04:00)
Bakı – APA. “Xəzər-Lənkəran” daha bir futbolçu transfer edib. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi bu gün rumıniyalı mərkəz yarımmüdafiəçisi Konstantin Dorian Arbanasla iki illik müqavilə imzalayıb.

27 yaşlı futbolçu karyerasına Rumıniyanın “Qloriya Bistritsa” klubunda başlayıb (2001-2006), son 4 ili isə Moldovanın “Şerif” komandasında oynayıb. Arbanas “Şerif”lə çoxlu titul qazanıb. Belə ki, yarımmüdafiəçi 2007, 2008, 2009, 2010-cu illərdə “qızıl dubl” edib, 2007-də Moldova Superkubokunun, 2009-da “Birlik kuboku”nun qalibi olub.

Konstantin ötən Avroliqanın qrup mərhələsinin iştirakçısı da olub. Avrokuboklarda 30-dan çox oyunlar keçirən Arbanas subaydır, rus və ingilis dillərində danışır.

Qeyd edək ki, Konstantin “Xəzər-Lənkəran”ın son günlərdə üçüncü rumıniyalı transferi olub. Rumıniyalı Mirça Rednik baş məşqçi postuna gələndən sonra Stanku Stelian və Katalin Domanla müqavilə bağlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR