Bank Of Baku

Əfsanəvi Pele oktyabrda Gürcüstana gələcək

Əfsanəvi Pele oktyabrda Gürcüstana gələcək
# 04 avqust 2010 02:28 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Əfsanəvi futbolçu Pele oktyabrda Gürcüstana gələcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məlumatı jurnalistlərə Gürcüstan beynəlxalq mədəniyyət, idman, turizm və işgüzar əlaqələr Fondunun sədri Niko Patarkalişvili bildirib. Onun sözlərinə görə, “futbol kralı” oktyabrda Tbilisidə baş tutacaq Braziliya, Uruqvay, Argentina və Gürcüstan gənclərinin yığma komandalarının beynəlxalq turnirində şərəfəli qonaq kimi iştirak edəcək. “Bu turnirdə iştirak etmək üçün Peleyə biz rəsmi dəvət göndərmişik. Futbolçunun nümayəndələri bizə bildiriblər ki, o, Tiflisə gəlməyə razılıq verib. İndi Fondumuz, eyni zamanda Gürcüstan Futbol Federasiyası və ölkəmizin hakimiyyət orqanları turnirin yüksək səviyyədə keçirilməsi və Pelenin qarşılanması barədə təşkilati işlərin həllinə çalışır.”
Niko Patarkalişvili bildirib ki, Pele ilk dəfədir ki, Gürcüstana səfər edir. “Onu bütün Gürcüstan, o cümlədən məşhur futbolçunu Kutaisi şəhər sakini, 40 yaşlı Pele Mixayloviç Quruli gözləyir. Kutaisidə yaşayan Pele Quruli 1970-ci ildə Meksikada Dünya çempionatı keçirilən zaman anadan olub. Kutaisidə anadan olan uşağın adını Pele qoyublar. Əfsanəvi futbolçu Pele hətta yeni doğulan uşağa onun adının verilməsinə razılıq verib və hədiyyə olaraq 1970-ci il Dünya kubokunun surətini və stəkan göndərib. Bu hədiyyələr hələ də Pele Mixayloviç Qurulinin evində saxlanılır.”
Hal-hazırda Kutaisi şəhərində yaşayan Pele jurnalistlərə deyib ki, əgər Pele Gürcüstana gələrsə, bu böyük bayram olacaq. “Bu bayram təkcə mənim üçün yox, həm də Gürcüstan üçün əlamətdar hadisə olacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR