Bank Of Baku

“Qarabağ” klubu Avroliqanın növbəti təsnifat mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” klubu Avroliqanın növbəti təsnifat mərhələsinə vəsiqə qazanıb
# 05 avqust 2010 19:54 (UTC +04:00)
Bakı-APA. Bu gün Avroliqada III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda “Visla”nı qəbul edib. Qurban Qurbanovun yetirmələri 3:2 hesabı ilə qalib gələrək Avroliqanın son təsnifat mərhələsinə vəsiqə qazanıblar. Qolları
Əfran İsmayılov, 28, Rauf Əliyev, 33, Rəşad Sadiqov, 35, Pavel Brojek, 57 və Rafal Boquski, 87 vurublar. Bu komandalar arasında ilk oyun da “Qarabağ”ın 1:0 qələbəsi ilə başa catmışdı. Beləliklə, Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində bir ilkə imza ataraq 3 mərhələ adlamağa nail oldu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR