Bank Of Baku

“Qarabağ”ın aparıcı futbolçularından olan Əfran İsmayılov 6 ay oynamayacaq

“Qarabağ”ın aparıcı futbolçularından olan Əfran İsmayılov 6 ay oynamayacaq
# 09 avqust 2010 13:01 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının I turunun “Neftçi” ilə matçında zədələnən 22 yaşlı yarımmüdafiəçisi bu gün müayinə olunub.

Nəticə futbolçu üçün heç də ürəkaçan olmayıb. Belə ki, dizindən zədələ alan Əfran birinci dövrədə meydana çıxmayacaq. Bu da onun 6 ay oynamaması deməkdir. Millimizin Küveytlə oyunu üçün açıqlanan heyətdə də yer alan İsmayılov bu gün və ya sabah Türkiyəyə cərrahiyyə əməliyyatı olunmağa yollanacaq.

Qeyd edək ki, Avropa Liqasında 5 qol vuran Əfran bu turnirin ən məhsuldar futbolçuları arasında yer alıb. O, eyni sayda qola imza atan daha 7 oyunçu ilə zirvəni bölüşürdü. IV təsnifat mərhələsinin Almaniya “Borussiya”sı ilə oyunları ərəfəsində ciddi itki ilə üzləşən “Qarabağ” ötən il də eyni problemlə üzləşmişdi. Həmin vaxt komandamızın bombardiri olan Rəşad Sadıqov zədələnərək Hollandiyanın “Tvente” klubu ilə oyunları buraxmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR