Bank Of Baku

Almaniya – Azərbaycan görüşünün baş hakimi müəyyənləşdi

Almaniya – Azərbaycan görüşünün baş hakimi müəyyənləşdi
# 17 avqust 2010 11:02 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində keçirəcəyi ilk oyunun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniya ilə sentyabrın 7-də baş tutacaq qarşılaşmanı isveçli referi Markus Stromberqson idarə edəcək.

O, Köln şəhərindəki “Reyn Enerji Stadium”da keçiriləcək Almaniya – Azərbaycan görüşünün start fitini Bakı vaxtı ilə saat 23:45-də verəcək.

Qeyd edək ki, Stromberqson ötən il iyulun 2-də keçirilən Azərbaycan – Uels matçında da baş hakim olmuşdu. Yığmamızın 0:1 hesabı ilə uduzduğu qarşılaşmada skandinaviyalı ədalət təmsilçisi futbolçularımıza vərəqə göstərməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR